- Transfer
- 21:53 26.11.2024
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Yunanıstan "Olimpiakos"u daha bir məşhur futbolçunu heyətinə qatmağı planlaşdırır.
Corner.az "Sportdog.gr" saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin sahibi Evangelos Marinakis İngiltərə "Çelsi"sinin yarımmüdafiəçisi Tyemue Bakayokonu komandada görmək istəyir.
28 yaşlı fansalı oyunçu hazırda icarə əsasında İtaliya "Milan"ının uğurları üçün çalışır.
Qeyd edək ki, "Olimpiakos" "Real"ın sabiq futbolçusu Marselonu transfer edib. "Qarabağ" bu komandaya qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.