"Benfika" futbolçusu Yan Vertongenlə yollarını ayırıb. Corner.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bundan sonrakı karyerasını ölkəsinin "Anderlext" klubunda davam etdirəcək
Bu barədə klubların rəsmi saytları məlumat yayıb. Belçikalı oyunçu 2 illik müqaviləyə imza atıb.
Vertongen keçirdiyi matçların sayına görə Belçika millisinin rekordçusudur. O, yığma ilə 139 görüşdə iştirak edib. Yan 2012-2020-ci illərdə "Tottenhem"in formasını geyinib.