27 oktyabr 2024. Bazar günü

Fransa klubundan 28 milyonluq transfer


  • Transfer
  • 13:03 04.09.2022
  • Oxunma sayı: 102
Fransa klubundan 28 milyonluq transfer
Fransanın “Renn” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi yarımmüdafiəçi Kristofer Vu ilə hücumçu Amin Quirini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Vu yeni klubu ilə 4, Quiri isə 5 illik müqaviləyə imza atıb. “Nitsa”dan gələn Quiriyə görə klubuna 28 milyon, “Lans”dan transfer olunan Vuya görə isə 9 milyon avro ödənilib.
 
Amin Quiri Lion “Olimpik”inin yetirməsidir. 22 yaşlı futbolçu 2020-ci ildən “Nitsa”da çıxış edirdi. O, bu komandada 89 oyuna 28 qol vurub. Fransalı hücumçu bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
 
Kristofer Vu isə “Nansi”nin yetirməsidir. O, “Lans”a 2021-ci ilin iyulunda azad agent kimi keçmişdi. 20 yaşlı müdafiəçi sözügedən klubun əsas komandasında ötən mövsüm 17 matça çıxıb. Fransada dünyaya göz açmış futbolçu, bu ildən Kamerun milli komandasında oynamağa başlayıb






Transfer