28 noyabr 2024. Cümə axşamı

Qarabağ'ın rəqibi ingilis vingerlə gücləndi


  • Transfer
  • 13:06 04.09.2022
  • Oxunma sayı: 96
Qarabağ'ın rəqibi ingilis vingerlə gücləndi
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u heyətinə daha bir futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Pirey təmsilçisi İngiltərənin “Nottingem Forest” klubunda çıxış edən sağ cinah yarımmüdafiəçisi Coş Bouleri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı vinger mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Maraqlısı bundadır ki, “Nottingem Forest” də bu oyunçunu məhz bir neçə gün öncə “Blekpul”dan transfer etmişdi Premyer Liqa təmsilçisi buna görə sözügedən kluba 2.3 milyon avro ödəyib. İngiltərə klubu ötən ay Fransanın “Bordo” klubunun hücumçusu Hvanq Ui-Jonu da transfer etmiş və mövsümün sonuna kimi “Olimpiakos”a icarəyə göndərmişdi.
 
Əlavə ola bildirək ki, “Nottingem Forest” və “Olimpiakos” klublarının sahibi eyni adamdır - Yevangelos Marinakis. Bu üzdən də sözügedən klublar arasında belə oyunçu “keçidlərinə” tez-tez rast gəlmək olur.
 
Coş Bouler peşəkar karyerasına KPR-də başlayıb. 2017-ci ildə “Everton”a transfer olunan futbolçu, bu klubun əsas komandasında oynamaq şansı qazanmasa da, “Hall Siti”yə icarəyə verilib. Ötən mövsümün əvvəlində isə o, “Blekpul”a transfer olmuşdu. Vinger bu komandanın heyətində meydana çıxdığı 52 matçda 10 qol vurub, 3 məhsuldar ötürmə edib.






Transfer