28 noyabr 2024. Cümə axşamı

Barselona'dan ayrılan futbolçu La Liqada qaldı


  • Transfer
  • 13:13 04.09.2022
  • Oxunma sayı: 108
Barselona'dan ayrılan futbolçu La Liqada qaldı
"Barselona”dan ayrılan Martin Breytueyt özünə yeni komanda tapıb. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra La Liqanın digər təmsilçisi “Espanyol”un uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayb. Azad agent statusunda olan futbolçu ilə 3 illik müqavilə imzalanıb. 
 
Xatırladaq ki, Martin Breytueyt 2020-ci ilin fevralından “Barselona”da çıxış edirdi. Həmin vaxt o, “Leqanes”dən 18 milyon avro qarşılığında transfer olunmuşdu. O, Kataloniya təmsilçisində keçirdiyi 58 oyunda 10 qola imza atıb. Lakin ötən ayın sonunda onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Danimarkalı forvardın sözləşməsi 2024-cü ilin yayında başa çatmalı idi.
 
Breytueyt daha öncə “Leqanes”dən əlavə “Bordo”, “Midlsbro”, “Tuluza” və “Esbyerq” kimi klubların da formasını geyinib. O, Danimarka yığmasında da 60 oyun keçirib, 10 qol vurub.






Transfer