27 oktyabr 2024. Bazar günü

Milan'da belçikalı futbolçu


  • Transfer
  • 14:28 04.09.2022
  • Oxunma sayı: 85
Milan'da belçikalı futbolçu
İtaliyanın “Milan” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Volfsburq” klubundan Aster Vranksı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya təmsilçisi 19 yaşlı yarımmüdafiəçini mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
 
Belçikalı futbolçu peşəkar karyerasına “Mexelen”də başlayıb. O, 2021-ci ildən formasını geyindiyi “Volfsburq”da 29 oyuna çıxıb, 2 qol vurub. Yarımmüdafiəçi Belçikanın U-21 yığmasının da formasını geyinir.






Transfer