27 oktyabr 2024. Bazar günü

Lill Napoli və Everton'un futbolçuları ilə gücləndi


  • Transfer
  • 18:29 04.09.2022
  • Oxunma sayı: 87
Lill Napoli və Everton'un futbolçuları ilə gücləndi
Fransanın “Lill” klubu heyətini yeni futbolçularla gücləndirib.  Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Everton”dan Andre Qomesi, “Napoli”dən Adam Unası, “Soşo”dan isə Alan Virciniusu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Adam Unasın transferi Fransa klubuna 3 milyon avroya başa gəlib. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Fransanın “Tur” klubunun yetirməsi olan Adam, peşəkar karyerasına “Bordo”da başlayıb. Hücumameyilli yarımmüdafiəçi 2017-ci ildə 12 milyon avro qarşılığında “Napoli”yə keçmişdi. Lakin İtaliya klubunda cəmi 62 oyun keçirib, 7 qol vura bilən Əlcəzair əsilli vinger, əvvəlcə “Nitsa”, daha sonra isə “Kalyari” və “Krotone”yə icarəyə verilmişdi. O, Əlcəzair yığmasında 19 oyun keçirib, 5 qol vurub.

 
“Lill” Andre Qomesi “Everton”dan mövsümün sonuna kimi icarəyə götürüb. Portuqaliya yığmasının üzvü 2018-ci ildən İngiltərə klubunun uğurları üçün çalışırdı. O, Premyer Liqa təmsilçisində 100 oyun keçirib və 2 qol vurub. “Benfika”nın yetirməsi olan futbolçu İspaniyada “Valensiya” və “Barselona”nın da formasını geyinib. 29 yaşlı yarımmüdafiəçi Portuqaliya millisində 29 oyuna çıxıb.
 
Alan Vircinius isə “Soşo”dan 4 milyon avro qarşılığında transfer olunub. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Soşo”nun öz yetirməsi olan gənc vinger 2020-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, əsas komandada iki mövsüm ərzində 50 oyuna çıxıb, 8 qol vurub.






Transfer