27 oktyabr 2024. Bazar günü

Trabzonspor'dan Qarabağ'a?


  • Transfer
  • 09:44 05.09.2022
  • Oxunma sayı: 178
Trabzonspor'dan Qarabağ'a?

 Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Benqali-Fode Koyta karyerasını "Qarabağ"da davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu iddianı "61saat" nəşri irəli sürüb.

Super Liqa təmsilçiləri "Hatayspor" və "Giresunspor"un da 31 yaşlı hücumçunu transfer etmək istəsə də, oyunçu hər iki təklifi rədd edib.

Qvineyalı futbolçunun agentinin Trabzona gəldiyi və transfer işlərini yaxından izlədiyi vurğulanıb.

 Afrikalı oyunçunun Qara dəniz təmsilçisi müqaviləsi 2024-cü ildə başa çatacaq.

Qeyd edək ki, Benqali-Fode Koyta 2021-ci ildən "Trabzonspor"da çıxış edir. 







Transfer