27 oktyabr 2024. Bazar günü

Premyer Liqa klubundan 17 milyonluq transfer


  • Transfer
  • 12:44 05.09.2022
  • Oxunma sayı: 105
Premyer Liqa klubundan 17 milyonluq transfer
İngiltərənin “Lester Siti” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Reyms” klubundan Vut Faesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Tülkülər" 24 yaşlı mərkəz müdafiəçisi üçün 17 milyon avro ödəyib. Belçikalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Vut Faes “Anderlext”in yetirməsidir. O,  2020-ci ildən oynadığı “Reyms”də 77 oyuna çıxıb, 5 qol vurub. Bu il Belçikanın əsas millisində də debüt edən müdafiəçi, “Herenven”, “Ekselsior” və “Ostende”nin də formasını geyinib.
 
“Lester Siti” hücumçusu Corc Herstlə də yeni müqavilə bağlayıb. 23 yaşlı forvard yeni sözləşməyə əsasən, 2025-ci ilin yayına kimi bu klubun uğurları üçün çalışacaq.
 
Premyer Liqa təmsilçisi oyunçu ilə müqaviləni yenilədikdən sonra onu “Blekbern”ə icarəyə verib. İngilis futbolçu mövsümün sonuna kimi Çempionşip klubunda forma geyinəcək. O, 2019-cu ildən “Lester Siti”də çıxış edir. Daha öncə “Roterem Yunayted” və “Portsmut”a da icarəyə verilmiş futbolçu, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında, həmçinin “Şeffild Uensdey” və “Leuven”də oynayıb






Transfer