27 oktyabr 2024. Bazar günü

La Liqa klubunda 20 milyonluq hücumçu


  • Transfer
  • 15:53 05.09.2022
  • Oxunma sayı: 95
La Liqa klubunda 20 milyonluq hücumçu
İspaniyanın “Almeriya” klubu hücumçusu Umar Sadiq ilə  yollarını ayırıb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra La Liqanın digər təmsilçisi “Real Sosyedad”ın uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Real Sosyedad” Sadiq üçün La Liqanın yeni iştirakçısına 20 milyon avro ödəyib. Nigeriyalı futbolçu yeni klubu ilə 6 illik müqaviləyə imza atıb.
 
Umar Sadiq 2020-ci ildən “Almeriya”da çıxış edirdi. O, bu komandanın heyətində 84 oyuna 43 qol vurub. İtaliyanın “Spetsiya” klubunun yetirməsi karyerası ərzində “Lavaqnese”, “Roma”, “Bolonya”, “Torino”, “NAK Breda”, “Reyncers”, “Peruca” və “Partizan”ın da formasını geyinib. O, Nigeriya yığmasında 7 oyuna 1 qol vurub.
 






Transfer