27 oktyabr 2024. Bazar günü

Çelsi'dən ayrılan futbolçsu Fransa klubunda


  • Transfer
  • 17:14 05.09.2022
  • Oxunma sayı: 100
Çelsi'dən ayrılan futbolçsu Fransa klubunda
Fransanın “Nitsa” klubu heyətinə yeni futbolçular cəlb edib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin “Çelsi” klubundan ayrılan Ross Barklini transfer edib, “Brentford”dan Mads Bex Sörenseni isə icarəyə götürüb.
 
Azad agent kimi heyətə cəlb olunan 28 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. İngilis yarımmüdafiəçi 2018-ci ildən “Çelsi”də çıxış edirdi. İngilis futbolçu bu komandada 100 oyuna çıxıb, 12 qol vurub. O, ölkəsində “Everton”, “Lids” və “Aston Villa”nın da formasını geyinib. Yarımmüdafiəçi İngiltərə yığmasında 33 matçın iştirakçısı olub və 6 qola imza atıb.
 
Mads Bex Sörensen isə Danimarkanın “Horsens” klubunun yetirməsidir. Mərkəz müdafiəçisi 2017-ci ildən “Brentford”da çıxış edirdi. O, bu komandanın heyətində 70 oyuna çıxıb, 4 qol vurub. İngiltərə klubu danimarkalı müdafiəçini daha öncə “Uimlbdon”a da icarəyə verib.






Transfer