27 oktyabr 2024. Bazar günü

Latsio'nu İnter'ə dəyişdi


  • Transfer
  • 09:47 06.09.2022
  • Oxunma sayı: 87
Latsio'nu İnter'ə dəyişdi
İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi “Latsio”nun futbolçusu Françesko Açerbini icarəyə götürüb.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Milan klubu 34 yaşlı müdafiəçini satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.
 
Françesko Açerbi 2018-ci ildən “Latsio”da çıxış edirdi. İtaliyalı futbolçu paytaxt təmsilçisində 173 oyuna 10 qol vurub. O, “Paviya”, “Renate”, “Recina”, “Cenoa”, “Kyevo”, “Milan” və “Sassuolo”da da oynayıb. Təcrübəli mərkəz müdafiəçisi İtaliya yığmasında da 25 oyun keçirib, 1 qola imza atıb.
 






Transfer