12 aprel 2026. Bazar günü

Azərbaycan çempionu Almaniya klubunda


  • Transfer
  • 17:14 06.09.2022
  • Oxunma sayı: 123
Azərbaycan çempionu Almaniya klubunda

“Azəryol”un sabiq həndbolçusu Vlada Kosmina Almaniyanın “Frankfurter” komandasına keçib.

Corner.az xəbər verir ki, ukraynalı oyunçu 3-cü divizion təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.

29 yaşlı həndbolçu yeni komandasında debüt də edib. “Mönkeberg/Şönkirxen”ə 27:25 hesabı ilə qalib gəldikləri matçın iştirakçısı olan pleymeyker 6 qol vurub.

2017-2019-cu illərdə “Azəryol”da çıxış etmiş Kosmina iki dəfə Azərbaycan çempionu olub.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”