21 dekabr 2025. Bazar günü

Boka Xuniors'u Super Liqa klubuna dəyişdi


  • Transfer
  • 22:00 06.09.2022
  • Oxunma sayı: 111
Boka Xuniors'u Super Liqa klubuna dəyişdi
Türkiyənin “Girəsunspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi müdafiəçi Faustin Senqor, yarımmüdafiəçilər Jorman Kampusano və Görkem Sağlamı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Senqor və Görksmlə imzalanmış müqavilələrin müddəti və digər detalları açıqlanmayıb. Kampusanonun isə Argentinanın “Boka Xuniors” klubundan mövsümün sonuna kimi icarəyə götürüldüyü vurğulanıb. 26 yaşlı futbolçu 2019-cu ildən “Boka Xuniors”da çıxış edirdi. Kolumbiya yığmasında 2 oyun çıxmış Jorman daha öncə ölkəsinin “Deportivo Pereyra” və “Atletiko Nasyonol”ın da uğurları üçün çalışıb.
 
Mərkəz müdafiəçisi olan Faustin Senqor Şimali Makedoniyanın “Şkupi” klubundan transfer olunub. Seneqaldan olan 28 yaşlı futbolçu 2021-ci ilin yanvarından sözügedən komandada çıxış edirdi. O, daha öncə ölkəsində “Kasa Sports”un, Bosniya və Herseqovinada “Çelik”in də formasını geyinib. 
 
Görkem Sağlam isə Niderlandın “Villem” klubundan transfer edilib. Almaniyada dünyaya göz açmış və əslən türk olan futbolçu, “Bohum”un yetirməsidir. O, 2020-ci ildən Niderlandda çıxış edirdi. Sağlam Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq