12 aprel 2026. Bazar günü

Belçika klubu Başakşəhər'in futbolçusu ilə gücləndi


  • Transfer
  • 12:32 07.09.2022
  • Oxunma sayı: 95
Belçika klubu Başakşəhər'in futbolçusu ilə gücləndi
Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Naser Şadlini icarəyə göndərib. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra Belçikanın “Vesterlo” klubunun uğurları üçün çalışacaq.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi belçikalı futbolçunu 2022/23 mövsümünün sonuna kimi icarəyə verib.
 
Naser Şadli “Başakşəhər”ə 2020-ci ilin yayında “Monako”dan gəlib. Təcrübəli futbolçu son iki mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 47 oyunda 5 qol vurub. Hücumameyilli yarımmüdafiəçi Belçika yığmasında da 66 ouun keçirib, 8 qola imza atıb. O, “Başakşəhər” və “Monako”dan başqa, “Vest Bromviç” və “Tottenhem” kimi klubların da formasını geyinib.






Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”