"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u yarımmüdafiəçisi Filip Zinkernageli icarəyə verib. Corner.az xəbər verir ki, 27 yaşlı vinger Belçikanın “Standard” (Lyej) klubuna keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Danimarkalı yarımmüdafiəçi bu mövsümün sonuna kimi Belçika klubunda icarədə əsasında çıxış edəcək.
“Olimpiakos” Zinkernageli bu yay İngiltərənin “Uotford” klubundan 2 milyon avroya transfer etmişdi. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub. Danimarkalı vinger “Nottingem Forest”, “Bodo Qlimt”, “Sonderyuske”, “Helsinqor” və “Koqe” klublarının da formasını geyinib.