İtaliyanın “Atalanta” klubu hücumçusu Yosip İliçiçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, Sloveniyadan olan 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2017-ci ildən bu klubda forma geyinən İliçiç, burada 173 oyuna çıxıb, 60 qol vurub. O, daha öncə “Bonifika”, “İnterblok”, “Maribor”, “Palermo” və “Fiorentina”da da forma geyinib. Sloveniya yığmasında 79 matça çıxmış hücumçu, 16 qol vurub. Hazırda azad agent statusu daşıyan futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir.