27 oktyabr 2024. Bazar günü

Real Benzema'nı 10 günlük itirdi


  • Transfer
  • 21:18 07.09.2022
  • Oxunma sayı: 91
Real Benzema'nı 10 günlük itirdi

Şotlandiyada "Seltik"ə qarşı UEFA Çempionlar Liqasının F qrupunun ilk tur oyununda sıradan çıxan İspaniya "Real"ının hücumçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, dizindən zədələnən fransalı futbolçu təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

34 yaşlı futbolçunun zədəsi ciddi olmadığı üçün sentyabrın 18-də Madrid "Atletiko"su ilə La Liqa matçında iştirak edə biləcəyi gözlənilir.

Qeyd edək ki, Kərim Benzema "Seltik"ə 3:0 hesabı ilə qalib gəldikləri görüşün 30-cu dəqiqəsində Eden Azarla əvəzlənib.







Transfer