28 noyabr 2024. Cümə axşamı

İkardi və daha 4 futbolçu rəsmən Qalatasaray'da!


  • Transfer
  • 09:21 08.09.2022
  • Oxunma sayı: 133
İkardi və daha 4 futbolçu rəsmən Qalatasaray'da!
Türkiyənin “Qalatasaray” klubu növbəti transferlərini rəsmiləşdirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-dən Mauro İkardi, “Norviç Siti”dən Milot Raşiçanı, “Olborq”dan Matias Ross Yenseni, “Rapid”dən Yusuf Dəmir və son olaraq "Mançester Yunayted"də çıxış edən Xuan Matanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub hələlik bu oyunçularla və klubları ilə rəsmi danışıqlara start verildiyini bəyan edib.  İkardi ilə Raşiça 2022/23 mövsümünün sonuna kimi icarəyə götürüldüyü, Yensen və Dəmir isə birdəfəlik transfer olunduğu bildirilir. 34 yaşlı Mata ilə isə bu gün rəsmi müqavilə imzalanağı gözlənilir. Bütün bu transferlərlə bağlı detallar rəsmi müqavilə imzalandıqdan sonra açıqlanacaq.
 
Mauro İkardi 2019-cu ilin sentyabrından PSJ-də forma geyinir. O, Fransa nəhəngində 92 oyuna çıxıb, 38 qol vurub. Argentinalı hücumçu daha öncə İtaliyada “Sampdoriya” və “İnter”in də uğurları üçün çalışıb. 29 yaşlı futbolçu Argentina yığmasında da 8 oyuna çıxıb və 1 qol vurub.
 
Milot Raşiça ötən ilin yayında Almaniyanın “Verder” klubundan 11 milyon avro qarşılığında “Norviç Siti”yə keçib. O, İngiltərə komandanın heyətində 40 oyuna 2 qol vurub. 26 yaşlı vinger daha öncə “Vuştrria” və “Vitess”də də forma geyinib. Vaxtilə Albaniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Raşiça, 2016-cı ildən Kosovonun əsas millisinə dəvət alır. O, yığmada 44 oyuna 8 qol vurub.
 
Matias Ross Danimarkanın “Olborq” klubunun öz yetirməsidir. 21 yaşlı mərkəz müdafiəçi yalnız bu komandanın formasını geyinib. O, 2018-ci ildən dəvət aldığı klubun əsas komandasında 104 oyuna çıxıb və 6 qol vurub. Gənc müdafiəçi Danimarkanın U-21 yığmasında da forma geyinir.
 
Yusuf Dəmir Avstriyanın “Rapid” klubunun yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasına cəlb olunmağa başlayıb. 19 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə İspaniyanın “Barselona” klubunda icarədə oynayıb. O, Kataloniya təmsilçisində 9 oyuna çıxsa da, fərqlənə bilməyib. Amma gənc vinger “Rapid”də keçirdiyi 51 matçda 10 qol vurmağı bacarıb. Türkiyə əsilli futbolçu Avstriyada dünyaya göz açdığı üçün, 2021-ci ildən bu ölkənin əsas yığmasında forma geyinir.

Xuan Mata isə 2014-cü ildə "Çelsi"dən 38 milyon avro qarşılığında "Mançester Yunayted"ə keçib.İspan futbolçu "qırmızı-şeytanlar"da 196 matça çıxıb, 34 qol vurub və 32 ötürmə ilə yadda qalıb.






Transfer