27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın maraqlandığı hücumçu Türkiyə klubunda


  • Transfer
  • 09:38 08.09.2022
  • Oxunma sayı: 128
Qarabağ'ın maraqlandığı hücumçu Türkiyə klubunda
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi  “Ze Luis” kimi tanınan hücumçu Xose Luis Mendes Andradeni transfer edib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Kabo Verdedən olan oyunçunun sonuncu iş yeri Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubu olub. O, bu ilin əvvəlindən sözügedən komandada forma geyinirdi. Hücumçu daha öncə “Jil Visente”, “Braqa”, “Videoton”, “Spartak” (Moskva), “Portu” və “Lokomotiv” (Moskva) klublarının da uğurları üçün çalışıb. Kabo Verde yığmasında 19 oyun keçirmiş futbolçu, 3 qol vurub.
 
Bildirək ki, son günlərdə  “Qarabağ”ın da  Ze Luislə maraqlandığına dair iddialar yayılmışdı.






Transfer