28 noyabr 2024. Cümə axşamı

Barselona'dan BƏƏ klubuna


  • Transfer
  • 13:37 08.09.2022
  • Oxunma sayı: 119
Barselona'dan BƏƏ klubuna
İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Miralem Pyaniçlə yollarını ayırıb. Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonrakı karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubunda davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Kataloniya klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan Pyaniç, sözləşməsini qarşılıqlı razılıq əsasında ləğv edib. O, azad agent kimi keçdiyi BƏƏ təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atıb.
 
Pyaniç “Barselona”ya 2020-ci ilin sentyabrında İtaliyanın “Yuventus” klubundan 60 milyon avro qarşılığında keçmişdi. Lakin o, Kataloniya təmsilçisində cəmi 30 oyun keçirsə də, qol vura bilməyib. Ötən mövsümdə isə yarımmüdafiəçi icarə əsasında Türkiyənin “Beşiktaş” klubunun uğurları üçün çalışıb.
 
Bosniyalı futbolçu İtaliyada “Yuventus”dan başqa “Roma”nın da uğurları üçün çalışıb. Peşəkar karyerasına Fransanın “Mets” klubunda başlamış oyunçu, bu ölkədə Lion “Olimpik”inin də formasını geyinib. O, Bosniya və Herseqovina yığmasında 107 oyuna çıxıb, 18 qola imza atıb.






Transfer