“Qalatasaray” klubunun transfer danışıqlarına başladığı futbolçu Xuan Mata İstanbula gəlib. Corner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun rəsmiləri tərəfindən qarşılanan 34 yaşlı futbolçuya azarkeşlər sarı-qırmızı şərf taxıb.
İspan futbolçu tibbi müayinədən keçdikdən sonra “Qalatasaray”la müqaviləyə imzalayacaq. Lakin müqavilənin detalları hələlik açıqlanmır.
Mata karyerasına 2003-cü ildə 15 yaşında “Real”ın əvəzedici komandasında başlayıb. 2007-ci ildə “Valensiya”ya keçən yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib.
Karyerası boyunca 632 rəsmi matça çıxan Xuan Mata 138 qola imza atıb.