27 oktyabr 2024. Bazar günü

Çelsi'nin yeni baş məşqçisi bilindi


  • Transfer
  • 14:48 08.09.2022
  • Oxunma sayı: 106
Çelsi'nin yeni baş məşqçisi bilindi

İngiltərə "Brayton"unun baş məşqçisi Qrem Potter "Çelsi"ni çalışdırmağa şifahi razılıq verib.

Corner.az "90 min" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar"ın rəhbərliyi ingiltərəli mütəxəssislə görüşüb. 

 London klubunun sahibləri Potterin yeni vəzifədə sentyabrın 10-da "Fulhem"lə matçadək işə başlaması üçün rəsmi sənədləri gün sonunadək bitirmək istəyirlər.

Qeyd edək ki, "Çelsi" sentyabrın 6-da Tomas Tuxeli baş məşqçi postundan istefaya göndərib. İngiltərə Premyer Liqasında 6 turdan sonra London komandası 10 xalla 6-cı yeri tutur. Çempionlar Liqasının ilk turunda "zadəganlar" Xorvatiyada Zaqreb "Dinamo"suna uduzub - 0:1.







Transfer