Fransanın “Reyms” klubun yarımmüdafiəçisi Valon Berişa ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi 29 yaşlı futbolçunu Avstraliyanın “Melburn Siti” klubuna icarəyə verib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.Kosovo yığmasının üzvünün 2023-cü ilin 30 iyununa kimi icarə əsasında çıxış edəcəyi diqqətə çatdırılıb.
Berişa 2020-ci ilin yayında İtaliyanın “Latsio” klubundan 4.5 milyon avro qarşılığında “Reyms”ə transfer olunmuşdu. O, bu komandada keçirdiyi 2 mövsüm ərzində 41 oyuna cəmi 1 qol vurub. Berişa daha öncə “Latsio” ilə yanaşı, “Egersund”, “Vikinq”, “Zalsburq” və “Fortuna” (Düsseldorf) klublarının da formasını geyinib. O, Kosovo yığmasında 36 oyuna 4 qol vurub.