27 oktyabr 2024. Bazar günü

Moldova klubunda azərbaycanlı baş məşqçi


  • Transfer
  • 14:56 09.09.2022
  • Oxunma sayı: 126
Moldova klubunda azərbaycanlı baş məşqçi
Azərbaycanlı məşqçi Novruz Əzimov Moldovanın “Dinamo-Avto” komandasının baş məşqçisi təyin olunub. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
62 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə bağlanıb. Əzimovun bu kluba keçidində “Dinamo-Avto”nun rəhbərliyində türkiyəli və azərbaycanlı mütəxəssislərin çalışmasının da mühüm rolu olub. Belə ki, elita təmsilçisinin idman direktoru Rəsul Allahverdiyevdir.
 
Əzimov uzun illər işsiz idi. O, son olaraq “Bakı”da baş məşqçi kimi çalışıb. Təcrübəli mütəxəssis “Dinamo” (Bakı), “Kəpəz”, “Olimpik” (AZAL) komandalarında da baş məşqçi və məşqçi kimi fəaliyyət göstərib.
 
“Dinamo-Auto” Moldova çempionatında bu mövsüm 6 oyun keçirsə də, cəmi 2 xal qazanıb. Amma Moldova Futbol Federasiyası bu klubun 6 xalını sildiyi üçün, hazırda komanda -4 xalla 8 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
 







Transfer