27 oktyabr 2024. Bazar günü

Çempion baş məşqçi ilə yeni müqavilə


  • Transfer
  • 15:02 09.09.2022
  • Oxunma sayı: 91
Çempion baş məşqçi ilə yeni müqavilə
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Abdulla Avcı ilə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
59 yaşlı mütəxəssis 3 illik yeni sözləşməyə imza atıb. Təcrübəli mütəxəssisin əvvəlki müqaviləsinin müddəti 2022/23 mövsümünün sonunda bitəcəkdi.
 
Avcı 2020-ci ilin noyabr ayından “Trabzonspor”u çalışdırır. O, bu komandanı bütövlükdə 90 matça çıxarıb, 50 qələbə qazandırıb. 28 matçda heç-heçə edən trabzonlular, 12 oyunda da məğlubiyyətə üzülüb. 59 yaşlı mütəxəssis ötən mövsüm Trabzon klubuna 38 illik fasilədən sonra Türkiyə çempionluğu yaşadıb. Sözügedən klub bu məşqçinin rəhbərliyi altında iki dəfə Türkiyə Super Kubokunun da qalibi olub.






Transfer