27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibində iki ayrılıq


  • Transfer
  • 16:10 09.09.2022
  • Oxunma sayı: 87
Qarabağ'ın rəqibində iki ayrılıq
Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Adana Dəmirspor”dan ayrılan Joher Xadim Rassulu və Yunanıstan “Olimpiakos”undan Ahmed Hassanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Joher Rassul “Eyüpspor”dan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Dayaq yarımmüdafiəçisi 2019-cu ildən “Adana Dəmirspor”un uğurları üçün çalışırdı. O, bu komandada 101 oyuna çıxıb, 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Bu yay 26 yaşlı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmiş və o, “Eyüpspor”la müqavilə bağlamışdı. Seneqallı futbolçu daha öncə Belçikada “Lokeren”in də uğurları üçün çalışıb.
 
Ahmed Hassan da “Olimpiakos”dan mövsümün sonuna kimi icarəyə götürülüb. Misir yığmasının hücumçusu 2018-ci ildən “Qarabağ”ın rəqibinin formasını geyinir. “Əl-Əhli”nin yetirməsi peşəkar karyerasına Portuqaliyanın “Rio Ave” komandasında başlayıb. 2015-ci ildə isə o, “Braqa”ya keçib. Məhz bu klubda olarkən “Olimpiakos” hücumçunu iki mövsüm icarəyə götürüb. 2020-ci ildə isə Yunanıstan klubu Portuqaliya təmsilçisinə 2 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Misirli futbolçu Pirey klubunda bütövlükdə 97 matça çıxıb, 38 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Olimpiakos”un futbolçusu ötən mövsümü də Türkiyə Super Liqasında – “Konyaspor”da icarədə keçirib. O, bu komandada 33 oyuna 11 qolla yadda qalıb. Misir yığmasında 27 oyun keçirmiş futbolçu, 5 qola imza atıb.
 
 “Olimpiakos” digər futbolçusu Lazar Randeloviçlə də yollarını ayırıb. 25 yaşlı yarımmüdafiəçi Rusiyanın “Ural” (Yekaterinburq) klubuna keçib. “Qarabağ”ın rəqibinin bu transferə görə heç bir qazanc əldə etməyib. Piyer təmsilçisi serbiyalı oyunçunu 2018-ci ildə “Radniçki”dən 550 min avroya transfer etmişdi. O, bu komandanın heyətində 75 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. “Olimpiakos” bu futbolçunu 2018/19 mövsümündə “Radniçki”nin özünə, ötən mövsüm isə İspaniyanın “Leqanes” klubuna icarəyə verib. O, İspaniya təmsilçisində 37 oyuna 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Randeloviç Serbiya yığmasında da 1 oyun keçirib.






Transfer