27 oktyabr 2024. Bazar günü

Napoli'ni Super Liqa klubuna dəyişdi


  • Transfer
  • 22:29 09.09.2022
  • Oxunma sayı: 108
Napoli'ni Super Liqa klubuna dəyişdi
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Emre Kılınçla Taylan Antalyalını, “Rizəspor”dan Gökhan Akkan və "Napoli"dən ayrılan Kevin Malkuini heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sözügedən futbolçular 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Emre Kılınç “Boluspor”un yetirməsidir. 28 yaşlı vinger 2020-ci ildən “Qalatasaray”da çıxış edirdi. Türkiyə millisinin üzvü  İstanbul təmsilçisində 78 oyuna 9 qol vurub. O, millidə də 4 oyun keçirib.
 
Taylan Antalyalı 2019-cu ildən “Qalatasaray”ın uğurları üçün çalışır. 27 yaşlı yarımmüdafiəçi “cim-bom”un heyətində 102 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. “Busaspor”un yetirməsi olan futbolçu, “Gənclərbirliyi”, “Kayseri Ərciyəsspor”, “Hacettepe” və “Ərzurumspor”un da uğurları üçün çalışıb. O, Türkiyə millisində 7 oyun keçirib.
 
Gökhan Akkan isə “Ankaragücü”nün öz yetirməsidir. Paytaxt klubu 27 yaşlı qapıçını 2015-ci ildə “Rizəspor”a satmışdı. Rizə təmsilçisində də 273 matça çıxan Gökhan vaxtilə keçmiş komandasında 85 oyunda meydanda olub. O, ötən il Türkiyənin əsas millisində də 1 oyun keçirib.
 
“Ankarücü” İtaliyanın “Napoli” klubundan Kevin Malkuini də transfer edib. A Seriyası klubu fransalı sağ cinah müdafiəçisi ilə yollarını ayırdığı üçün, Türkiyə təmsilçisini əlavə xərcə salmayıb. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb. 31 yaşlı futbolçu 2018-ci ildən Neapol klubunun uğurları üçün çalışırdı. O, bu komandada keçirdiyi 4 mövsüm ərzində cəmi 48 matça çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına “Monako”da başlamış fransız müdafiəçi, “Vann”, “Etual”, “Nyor”, “Sent Etyen” və “Lill” komandalarının da formasını geyinib. 2021-ci ildə isə Malkui, icarə əsasında “Fiorentina”da çıxış edib.






Transfer