27 oktyabr 2024. Bazar günü

Qalatasaray Emreni bu kluba satdı


  • Transfer
  • 23:23 09.09.2022
  • Oxunma sayı: 136
Qalatasaray Emreni bu kluba satdı
Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Adana təmsilçisi “Qalatasaray”dan Emre Akbabanı, “Başakşəhər”dən Fredrik Qulbrandseni və azad agent statusunda olan Gökhan Törəni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gökhan Törə yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Beşiktaş”la müqaviləsinin müddəti bu yay başa çatan 30 yaşlı futbolçu azad agent olduğu üçün, Adana təmsilçisi heç bir ödəniş etməyib. Gökhan 2013-2019-cu illər aralığında da formasını geyindiyi “Beşiktaş”da 2020-ci ildən çıxış edirdi. Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Törə, “Rubin”, “Vest Hem” və “Yeni Malatyaspor” kimi klubların da uğurları üçün çalışıb. O, Türkiyə millisində 26 oyun keçirib.
 
“Adana Dəmirspor” Emre Akbabanın transferi üçün “Qalatasaray”a 500 min avro ödəyib. 30 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 2019-cu ildən “sarı qırmızılar”da çıxış edən Emre, ötən mövsümü icarə əsasında “Alanyaspor”da keçirib. O, “Kahramanmaraş” və “Antalyaspor”da da oynayıb, Türkiyə millisində 6 oyuna 3 qol vurub.
 
Fredrik Qulbrandsen isə “Başakşəhər”dən azad agent kimi ayrıldığı üçün, “Adana Dəmirspor” ona görə İstanbul klubuna təzminat ödəmək məcburiyyətində qalmayıb. Norveçli hücumçu ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu 2019-cu ildən oynadığı “Başakşəhər”də 100 oyuna 19 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu “Lillström”, “Lin”, “Molde”, “Zalsburq”, “Nyu York Red Buls” kimi klubların da formasını geyinib. O, Norveç millisində də 3 matça çıxıb.






Transfer