Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın “Fortuna Sittard” klubundan Mikael Tirpanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikadan olan 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Tirpan daha öncə də “Kasımpaşa”da çıxış edib. O, 2020-ci ilin yanvarında “Lokeren”dən Türkiyə klubuna keçmiş və bu komandada 31 oyuna 2 qol vurmuşdu. 2021-ci ilin yanvarında isə sağ cinah müdafiəçisi icarə əsasında “Fortuna Sittard”a keçmişdi. Ötən ilin yayında Niderland klubu onun transfer hüquqlarını da almışdı.
Belçikalı müdafiəçi daha öncə ölkəsində “Dender”, “Seren”, “Eupen” və “Muskron”un da uğurları üçün çalışıb.