21 dekabr 2025. Bazar günü

Super Liqa klubunda bolqarıstanlı müdafiəçi


  • Transfer
  • 14:20 10.09.2022
  • Oxunma sayı: 133
Super Liqa klubunda bolqarıstanlı müdafiəçi
Türkiyənin “Ümraniyəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi “Eyüpspor”un sağ cinah müdafiəçisi Strahil Popovu transfer edib.
 
32 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
 
Bolqarıstan yığmasının üzvü 2016-cı ildən Türkiyədə çıxış edir. O, 2019-cu ilə qədər “Kasımpaşa”da forma geyinib. 2020/21 mövsümünü “Hatayspor”da keçirmiş futbolçu, bu ilin yanvarında “Eyüpspor”a keçmişdi. Müdafiəçi daha öncə “Liteks” (Loveç), “Lokomotiv” (Mezdra) və “Montana” klublarının da formasını geyinib. Popov  Bolqarıstan yığmasında 35 oyun keçirib.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq