İspaniyanın “Vilyarreal” klubundan ayrılan müdafiəçi Serj Oryenin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, azad agent statusuna malik olan 29 yaşlı futbolçu bundan sonra İngiltərə Premyer Liqasının yeni iştirakçılarından olan “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahilindən olan futbolçunun yeni klubu ilə imzaladığı müqavilənin müddəti və digər detalları açıqlanmır.
Serj Orye yay transfer dövründə “Nottingem Forest”in sayca 22-ci transferidir. İngiltərədə transfer pəncərəsi sentyabrın 1-də bağlansa da klub futbolçunu iş vizası almaq şərti ilə, azad agent kimi qeydiyyatdan keçirə bilmə hüququna sahibdir.
“Tottenhem”in və PSJ-nin sabiq oyunçusu ötən mövsüm “Vilyarreal”ın heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Peşəkar karyerasına “Lans”da başlamış 29 yaşlı futbolçu, PSJ və “Tottenhem”dən başqa, “Tuluza”da da oynayıb. O, Fil Dişi Sahili yığmasında 81 oyuna 4 qol vurub.