- Transfer
- 20:17 05.12.2025
“Liverpool”un hücumçusu Məhəmməd Salah karyerasını “Real Madrid”də davam etdirə bilər.
Corner.az-ın xəbərinə görə, “Canal +”in jurnalisti Filipp Krayon bildirib ki, 26 yaşlı futbolçunun meneceri “Madrid klubu” ilə danışıqlara başlayıb. Qeyd olunub ki, hazırda danışıqların ilkin mərhələsi keçirilir.
Qeyd edək ki, Salahın “Liverpool”la müqaviləsinin müddəti 2023-cü ildə başa çatır.