"Monako” müdafiəçisi Cibril Sidibe ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra Yunanıstanın AEK klubunun uğurları çalışacaq.
Bu barədə Afina təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Sidibe 2016-cı ildən “Monako”da forma geyinirdi. O, knyazlıq təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 174 oyuna çıxıb, 6 qola imza atıb. Təcrübəli müdafiəçi 2019/20 mövsümünü də İngiltərənin “Everton” klubunda icarədə keçirib. “Trua”nın yetirməsi olan futbolçu “Lill”də də çıxış edib. O, Fransa yığmasında 18 oyun keçirib, 1 qol vurub.