Türkiyənin “Qalatasaray” klubu müdafiəçisi Ömər Bayramla yollarını ayırıb. Corner.az xəbər verir ki, TFF 1-ci liqada mübarizə aparan “Eyüpspor” klubu 31 yaşlı futbolçunu heyətinə qatıb
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Ömər yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Ömər Bayram “Qalatasaray”a 2018-ci ildən “Akhisarspor”dan keçmişdi. Sol cinah müdafiəçisi İstanbul təmsilçisində 126 oyuna çıxıb, 2 qol və 23 məhsuldar ötürmə edib.
Peşəkar karyerasına da “NAK Breda”da da başlamış təcrübəli futbolçu, 2012-ci ildən Türkiyədə çıxış edirdi. Təcrübəli müdafiəçi burada “Kayserispor” və “Akhisarspor”un da formasını geyinib. O, Türkiyə millisində də 10 oyuna çıxıb. Ömər “Qalatasaray”ın heyətində Türkiyə çempionu olub, ölkə kubokunu və super kubokunu qazanıb.