- Transfer
- 23:54 22.11.2024
Son zamanlar “Juventus”dan ayrılacağı gözlənilən Paulo Dybala ilə bağlı açıqlama verilib.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qardaşı Gustavo Dybala, 25 yaşlı futbolçunun komandadan ayrılacağını bildirib: “Onun “Juventus”dan ayrılmaq ehtimalı çox yüksəkdir.Dybala'nın dəyişikliyə ehtiyacı var. Hansı kluba keçəcəyini bilmirəm, amma o, “Juventus”da xoşbəxt deyil. Təkcə o deyil, bir çox futbolçu komandada bəzi şeylərdən narahatdır. Bu yay ordan ayrılan yeganə futbolçu Pauolo olmayacaq”.
Onun Cristiano Ronaldo ilə münasibətləri haqqında da danışan Gustavo, onların arasında problem olmadığını deyib:
“Cristiano mükəmməl bir insandır və Dybala ilə aralarında heç bir problem yoxdur. Əksinə, çox yaxşı münasibətləri var”.
Qeyd edək ki, argentinalı futbolçu, bu mövsüm iştirak etdiyi 40 matçda 10 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.