Fransa çempionu PSJ yarımmüdafiəçisi Rafinya ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Qətərin “Əl-Ərəbiyə” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Braziliyalı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
“Barselona”nın yetirməsi olan Rafinya PSJ-yə 2020-ci ilin oktyabrında məhz İspaniya nəhəngindən 1.5 milyon avro qarşılığında keçmişdi. Lakin o, bu komanda cəmi 39 oyuna çıxıb. Ötən mövsüm isə futbolçu icarə əsasında İspaniyanın “Real Sosyedad” klubunda çıxış edib.O, “Selta” və “İnter”in də formasını geyinib.