İtaliyanın “Bolonya” klubunun yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, sözügedən komandanın "sükan"ı Tyaqo Mottaya tapşırılıb.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Motta bir neçə gün öncə istefaya göndərilmiş Sinişa Mihayloviçi əvəzləyib.