İspaniyanın “Espanyol” klubu hücumçusu Raul de Tomasla yollarını ayırıb. Corner.az xəbər verir ki, “Rayo Valyekano” 27 yaşlı futbolçunu heyətinə qatıb. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
İspan futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. “Espanyol” bu transferdən 8 milyon avro qazanıb.
De Tomas “Real”ın yetirməsidir. O, “Espanyol”a 2020-ci ilin yanvarında transfer olunmuşdu.