27 oktyabr 2024. Bazar günü

La Liqa klubu 20 milyonluq yeni transferini itirdi


  • Transfer
  • 16:03 13.09.2022
  • Oxunma sayı: 96
La Liqa klubu 20 milyonluq yeni transferini itirdi
İspaniyanın “Real Sosyedad” klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumçusu Umar Sadiq uzun müddətlik sıradan çıxıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nigeriyalı futbolçu La Liqanın 5-ci turu çərçivəsində baş tutan “Xetafe” ilə oyunda (1:2) sağ dizindən ağır zədələnib. 25 yaşlı oyunçunun sentyabrın 15-də dizindən əməliyyat olunacağı diqqətə çatdırılıb.
 
İspaniya mətbuatının iddiasına görə, gənc hücumçu böyük ehtimalla mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. 
 
Xatırladaq ki, “Real Sosyedad” Umar Sadiqi transfer pəncərəsinin sonuncu günündə “Almeriya”dan 20 milyon avro qarşılığında transfer etmişdi. Nigeriyalı forvard bu komandanın heyətində meydana çıxdığı 3 matçda 1 qol vurub.
 






Transfer