27 oktyabr 2024. Bazar günü

Asiya Kubokunun qalibi PSJ-də


  • Transfer
  • 20:46 13.09.2022
  • Oxunma sayı: 91
Asiya Kubokunun qalibi PSJ-də

 "Şanxay Şenqli”nin yarımmüdafiəçisi Yanq Lina karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Çinin Şanxay şəhərində dünyaya göz açan Yanq Lina icarə əsasında Paris təmsilçisinin uğurları üçün çalışacaq. O, 2015-ci ildə Çin qadınlar futbol liqasında çıxış edən “Şanxay Şenqli”yə qoşulub. O, doğma klubu ilə ilk mövsümündə Çin kubokunun “qızıl butsu”nun sahibi olub. Dörd il sonra 28 yaşlı futbolçu sözügedən klubla ölkə çempionu olub.

Yanq Lina 2021-ci il Tokio Olimpiadasında iştirak etdikdən sonra Çin komandası ilə 2022-ci ildə qadınlar arasında Asiya kubokunun qalibi olub. O, Çin millisində 24 oyun keçirib.







Transfer