27 oktyabr 2024. Bazar günü

Ronaldo ərəblərin təklifini rədd etdi


  • Transfer
  • 21:02 13.09.2022
  • Oxunma sayı: 100
Ronaldo ərəblərin təklifini rədd etdi

"Mançester Yunayted” klubunun futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanından təklif alıb.

Corner.az ”Mirror” nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan klub Ronaldoya illik 240 milyon avro ödəməyə hazır olduğunu bildirib. Lakin 37 yaşlı futbolçu bu təklifə rədd cavabı verib.

Portuqaliyalı ulduz futbolçu təklifi qəbul etsəydi, dünyanın ən çox maaş alan oyunçusu ünvanına sahib olacaqdı. Ronaldonun az şans qazandığı üçün “qırmızı şeytanlar”dan mövsümün sonunadək ayrılma ehtimalı yüksək olduğu vurğulanıb.

Daha əvvəl Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal Ronaldonu yerli çempionatda görmək istədiyini bildirib.

Ulduz futbolçunun Mançester klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.







Transfer