- Transfer
- 21:53 26.11.2024
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u heyətinə daha bir ulduz futbolçu qatıb.
Corner.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
O, Pirey təmsilçisinin Xames Rodrigeslə anlaşdığını yazıb. 32 yaşlı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçmək üçün Afinaya gedəcək.
Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı oyumçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubların da çıxış edib.
"Olimpiakos" daha əvvəl braziliyalı Marselo ilə müqavilə imzalayıb. "Qarabağ" bu rəqibə qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.