- Transfer
- 21:53 26.11.2024
"Barselona”nın yarımmüdafiəçisi Qavi klubla müqaviləsini uzadıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilin yayına qədər, 1 milyard avroluq satın alma maddəsi ilə nəzərdə tutulub. Qavinin müqaviləsi 2023-cü ilin yayında başa çatacaq idi.
İspan futbolçu “Barselona”nın heyətində ötən mövsüm, 17 yaş 24 günlüyündə debüt edib.
O, bütün turnirlərdə 47 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib.