27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibi daha bir hücumçu transfer etdi


  • Transfer
  • 13:56 15.09.2022
  • Oxunma sayı: 95
Qarabağ'ın rəqibi daha bir hücumçu transfer etdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” daha bir futbolçu transfer etməyə hazırlaşır. Corner.az xəbər verir ki, bu barədə italiyan insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
 
O, Pirey təmsilçisinin Fransa “Olimpik” (Marsel) klubunun fransalı futbolçusu Sedrik Bakambu ilə anlaşdığını yazıb. 31 yaşlı hücumçu yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq.
 
“Olimpiakos” daha əvvəl Xames Rodriges və Marselo kimi tanınmış futbolçuları heyətinə qatıb.
 
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını bir həftə sonra Bakıda keçirəcək.






Transfer