27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibi ulduz futbolçunun transferini açıqladı


  • Transfer
  • 18:03 15.09.2022
  • Oxunma sayı: 103
Qarabağ'ın rəqibi ulduz futbolçunun transferini açıqladı

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u Kolumbiya millisinin futbolçusu Xames Rodrigesin transferini açıqlayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə tezliklə müqavilə imzalanacaq. Hələlik anlaşmanın detalları barədə məlumat verilməyib.

Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı oyunçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klublarında da çıxış edib.

 Fransa "Marsel"indən Sedrik Bakambu ilə də anlaşan Pirey təmsilçisi daha əvvəl braziliyalı müdafiəçi Marselonu transfer edib.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.








Transfer