27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibi futbolçusunu icarəyə verdi


  • Transfer
  • 14:57 17.09.2022
  • Oxunma sayı: 87
Qarabağ'ın rəqibi futbolçusunu icarəyə verdi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın "Nant" klubu futbolçusu Bric Ndilunu icarəyə verib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu mövsümün sonunadək "Şole"nin uğurları üçün çalışacaq.

Fransalı oyunçu 2020-ci ildə əsas komandaya cəlb olunub.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin II turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında V tur oyunu oktyabrın 27-də Fransada olacaq.







Transfer