27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibi baş məşqçisiz qaldı


  • Transfer
  • 09:47 19.09.2022
  • Oxunma sayı: 155
Qarabağ'ın rəqibi baş məşqçisiz qaldı
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubu baş məşqçisi Karlos Korberanla yollarını ayırıb. Corner.az xəbər verir ki, 39 yaşlı mütəxəssis "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları V tur oyunundan sonra istefaya göndərilib.
 
Qeyd edək ki, ispaniyalı baş məşqçi avqustun 2-də bu posta təyin olunub. "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
 






Transfer