27 oktyabr 2024. Bazar günü

Tanınmış mütəxəssis Qarabağ'ın rəqibini çalışdıra bilər


  • Transfer
  • 09:52 19.09.2022
  • Oxunma sayı: 144
Tanınmış mütəxəssis Qarabağ'ın rəqibini çalışdıra bilər

Fransa millisinin və PSJ klubunun sabiq baş məşqçisi Loran Blan "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi olan Yunanıstan "Olimpiakos"una rəhbərlik edə bilər.

Corner.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira özünün şəxsi tviter hesabında yazıb.

O, Pirey təmsilçisinin  57 yaşlı mütəxəssisi bu vəzifəyə gətirmək istədiyini paylaşımında qeyd edib. Fransalı baş məşqçi ilə 2 illik müqavilənin imzalanacağı gözlənilir.

O, bu postda Karlos Korberanı əvəzləyəcək.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.







Transfer