11 aprel 2026. Şənbə

Tomas Tuçel üçün Bavariya iddiası


  • Transfer
  • 17:17 19.09.2022
  • Oxunma sayı: 122
Tomas Tuçel üçün Bavariya iddiası

Almaniyanın "Bavariya" klubu baş məşqçi Yulian Nagelsmanla yollarını ayıra bilər.

Corner.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi hazırda 35 yaşlı mütəxəssisi istefaya göndərmək variantını nəzərdən keçirir.

Ölkə çempionu Nagelsmanın yerinə artıq yeni namizədi də tapıb. Bundesliqa nəhəngi İngiltərənin "Çelsi" klubu ilə yollarını ayıran Tomas Tuçeli bu posta gətirməyi planlaşdırır.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 7 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb. Komanda son 4 turda 3 heç-heçə edib və 1 məğlubiyyət alıb.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”